Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki.[1] 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing.International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir.[2] Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi.[3][4] Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat.priscus-qədim) ifadəsini təklif etdi.[5] Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.
↑Bleeker, W. 10. Toward a "natural" Precambrian time scale // Gradstein, Felix M.; Ogg, James G.; Smith, Alan G. (redaktorlar ). A Geologic Time Scale 2004. Cambridge, England, UK: Cambridge University Press. 2004. səh. 145. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.